Jump to content

[NƏHƏNG RƏHBƏR] Yeni Başlayanlar Üçün ETS 2 Bilikləri


Guest

Recommended Posts

Euro Truck Simulator 2'də sıfırdan kariyera başladanlar üçün qızıl dəyərində tövsiyyələr. Mütləq oxumalısınız!

 

Euro Truck Simulator 2-də yeni bir karyera qurarkən nəzərə alınmalı olan bəzi şeylər var. Oyundakı əksər təfərrüatları asanlıqla başa düşə bilərsiniz, çünki artıq Türk dili də var. Əlavə olaraq, aşağıdakı məsləhətləri öyrənmək daha yaxşı oyun karyerası qurmağa kömək edəcəkdir. Mövzu yenilənəcək və yeni məsləhətlər əlavə olunacaq. Yeni başlayanların bilməli olduğunu düşündüyünüz bir şey varsa, yaza bilərsiniz.

 

● Oyuna başlayanda profil yaratmağınız istənir. Adınızı və istifadə etmək istədiyiniz portreti seçirsiniz. Yenidən seçdiyiniz şəkli və adınızı dəyişə bilməzsiniz. Buna görə profilinizi yaradarkən, ürəyinizə ən çox yatanı seçin ki, sonradan peşman olmayasınız.

İstədiyiniz çəkicini seçmək sizə karyeranızın sonuna qədər kömək edəcək. Seçdiyiniz markanın qalereyası oyun zamanı sizə bir e-poçt göndərəcək və sizi öz qalereyasına dəvət edəcəkdir. Beləliklə, bu qalereya avtomatik olaraq aşkar ediləcəkdir. İstədiyiniz təqdirdə üstünlük verdiyiniz markanı dəyişə bilərsiniz.

● Oyuna mərkəzi bir şəhərdə başlamağınız faydalıdır. Öz avtomobilinizi alıb öz şirkətinizi qurduğunuzda bir kliklə oyuna başladığınız şəhərə gedə bilərsiniz (qarajınız olduğu üçün).

Oyunda nə qədər ərazi kəşf etsəniz, bir o qədər də rahat hərəkət edə bilərsiniz. Əsas şəhərlərdə, yük avtomobillərinin sayı nisbətən daha çoxdur.. Beləliklə, oyuna ilk başladığınız şəhər böyük bir şəhərdirsə, daha çox iş imkanları və daha çox qoşqu olacaqdır.
● Oyuna başladıqdan sonra bir e-poçt alacağıq:

Burada şirkət adı sadəcə bir uydurmadır. Onların şirkətində işləmək və yalnız verdikləri yükləri daşımaq kimi bir şey yoxdur. Bu e-poçtu digər e-poçt ilə qarışdırmayın. Bu mesaj, istədiyiniz şirkətdə treyler əldə etmək üçün öz avtomobilinizə sahib olmağı öyrədən bir mətndir. Yalnız öz yük maşınınızı almağa şirnikləndirən bir məktub.

● Oyunda yüksəldiyiniz hər səviyyə üçün bir bacarıq xalı verilir. Qarşınızda 6 seçim var. Bu seçimlərin nə olduğu oyunda ətraflı izah olunur. Bacarığınız nə qədər çox olsa, bir o qədər də çox qazanc əldə edə bilərsiniz.

 

Təqdim etdiyiniz hər bir yük, təcrübə xallarınızı artıraraq inkişaf etdirməyə imkan verir. Təcrübə xalı adətən etdiyiniz işlər zamanı gəlir. Əgər xəritənin bütün hər yerini kəşf etmək istəyirsinizsə, uzun yol bacarığınızı artıra bilərsiniz.

 

ADR lisenziyalarının açılması sizə yüksək məhsuldar qoşqu verəcəkdir. Lakin ADR-nin lisenziyalı yüklərini çatdırmaq, uzun yol qət etdiyiniz müddətdə təcrübə nöqtələrinizi artırmır. Diqqətiniz pul qazanmaqdırsa, ADR lisenziyalarını açın. Qısa yol gedib daha çox pul qazanmaqla vaxtınızdan səmərəli istifadə etmiş olacaqsınız..

 

ADR lisenziyaları kimi dəyərli və həssas yüklər daha çox pul qazandıracaq. Ancaq daşımaq daha çətin olacaq. Bacarıq xallarınızla uzun yolu açdıqdan sonra sıra ilə ADR lisenziyasını da inkişaf etdirə bilərsiniz.

 

● Bankdan kredit götürmək təcili pul ehtiyacınıza cavab verir. Borcunuzu demək olar ki, heç bir faiz olmadan bağlaya bilərsiniz. Aldığınız kreditin miqdarı qədər pulunuz olsa, borcunuzu dərhal ödəyə bilərsiniz. Bununla faizi və ödənişi dayandırdığınız üçün rahat olacaqsınız.

● Ziyarət etdiyiniz hər şəhərdə cəlbedici qalereyalar və işçi tapma agentlikləri ilə tanış olun. Götürdüyünüz yükün çatdırılmasına başlamazdan əvvəl, şəhərinizdəki qalereya və işçi təşkilatının yanından keçin. Beləliklə sizin xəritənizdə daha çox yer açılmış olacaq. Daha çox işçi təşkilatları gələcəkdə daha geniş sürücü seçimləri deməkdir. Daha çox qalereyanı araşdırmaq sizə istədiyiniz traktorun markasını almaq imkanı verəcəkdir.

 

Bu paylaşımı tamamilə öz əməyimlə, heç bir tərcümə proqramından istifadə etmədən çevirmişəm.

Hörmətlə;

Məhəmməd R.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...

Important Information

We have placed cookies on your device to help make this website better. You can adjust your cookie settings, otherwise we'll assume you're okay to continue.