Jump to content

[RƏHBƏR] Necə Daha Yaxşı Sürücü Ola Bilərəm?


Guest

Recommended Posts

Mən öz təcrübəmdən "Necə daha yaxşı sürücü ola bilərəm?" Sualına cavab verəcəm.

 

1-Bu Bir Simulyasiya Oyunudur:

Mən sizə prioritetli bir simulyasiya oyunu oynadığınızı xatırlamağı təklif edirəm, çünki həqiqi bir oyun oynadığını unutsanız, oyuna ciddi yanaşmayacaqsınız.

 

2-Səbrli olun! (Tələsən Təndirə Düşər.)

Nəticədə, səbrli olmasanız oyundan uzaqlaşdırıla bilərsiniz.

 

3-Realist Sürücülük:

Əminəm ki, real həyatda bir dəfə də olsa həqiqi sürücü görmüsünüz. Qaz, əyləc yerində edilir, avtomobil müvafiq sürətlə hərəkət etdirilir.

Avtomobilin sürətini və ötməni yerində etməlisiniz. Heç bir zaman, videolarda gördüyünüz kimi avtomobillərin arasından keçməyə, icazə verilməyən yerlərdə ötmə etmə etməyə çalışmayın.

Təkəri cəld və ehtiyyatsız hərəkət etdirsəniz, özünüzə və digər oyunçulara zərər verə bilərsiniz. 

 

4-Xəbərdarlıq İşıqlarından İstifadə:

Siqnal, fara və s. işıqlardan istifadə sizə və digər oyunçulara yolda daha rahat danışıqlar aparmağa kömək edəcəkdir. Məsələn, sizin dönüş siqnalını görən sürücü sürətini yavaşlada bilər.

 

5-Ötmə:

Əvvəlcə bir oyunçunu ötmək istədikdə siqnal yandırmalı, arxadan glən sürücünü bu haqda məlumatlandırmalısınız. Ötməyə başlamazdan əvvəl öndəki avtomobildn daha sürətli olduğunuza, onu rahat bir şəkildə ötəbiləcəyinizə və qarşıdan heç kimin gəlmədiyinə əmin olun. Digər oyunçunu keçsəniz belə biraz irəlilədikdən sonra öz xəttinizə keçin, çünki sinxronizasiya probleminə görə siz onu qəzaya uğrada bilərsiniz.

 

Bu paylaşımda əlimdən gəldiyincə sizə kömək etməyə çalışdım, xoşunuza gəldisə "like" düyməsini klikləyə bilərsiniz.

 

Hörmətlə;

Məhəmməd R.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
×
×
  • Create New...

Important Information

We have placed cookies on your device to help make this website better. You can adjust your cookie settings, otherwise we'll assume you're okay to continue.