Jump to content

Şirkət Reklamı Açmadan Qabaq Oxuyun!


NURU_

Recommended Posts

PrqOO9.png

 

Salamlar hörmətli oyunçular və şirkət sahibləri.

 

Şirkət reklamı açan zaman qarışıqlıq olmasın deyə buraya nəzər edib oxusanız sevinərik.

 

  Reklam mövzusu açan zaman bunlara diqqət edin:

  • Qurduğunuz şirkətin adı və logosu başqa bir şirkətlə eyni olmasın.
  • Mövzuda şirkətiniz haqqında qısa bir məlumat verin (nə zamandan aktivdir, məqsədiniz və s).
  • Qrupunuzun aktiv olduğu digər oyunlarıda göstərər bilərsiniz.
  • Şirkətinizin sosial şəbəkə adreslərini paylaşın (Facebook, Youtube, Steam, Teamspeak3, Discord).
  • Şirkətinizə məxsus olan konvoy görüntüsü paylaşın; max.3 (1 video, 2 foto vəya  3 foto).

 

  Şirkət idarəsi haqqında qısa məlumat:

  • İlk öncə fərqli olun: Var olan bir şirkəti virtual platforma daşımaq yerinə özünüzə aid ya da sizə xas fikirlər çıxararaq yeni bir virtual şirkət yaradın. Mövcud bir virtual şirkətdən kopya çəkmək yerinə oturun və fikirləşin öz fikrinizi və tərzinizi ortaya qoyun a məntiqi bu şəkildə etdi deyə sizinde eynisini kopyalamanıza ya da qisməndə olsa bənzətməyinizə ehtiyac yoxdur.
  • Rəqabət hər zaman olacaq: Səviyyənizi hər zaman göstərməlisiniz. Gərək şirkət qurucusu, rəhbərliyi öz səviyyəsini və şəxsiyyətlərini göstərməli ki Şirkətinizdə olan üzvlərinizi sizi nümunə götürsün və səviyyələrini pozmasınlar.
  • Digər oyun şirkətləri ilə dostluq ya da qardaşlıq əlaqələriniz olsun: Herşey sizin Şirkətinizdə bitmir ya da sizin şirkətiniz bu platformada tək deyil. Əgər bu şəkildə hərəkət etməyə davam etsəniz bir anda yox olarsınız və ya kimsə sizi tanımaz. Həftədə bir ya da iki həftədə bir digər oyun şirkətləri öz yanınızda qonağ edin ya da siz onlara qonaq olun birlikdə planlamalar ya da konvoylar təşkil edin. Bu sizin şəxsiyyətinizi azaltmaz əksinə sizin şəxsiyyətinizi və şirkətinizin səviyyəsini göstərər.
  • Rütbə sistemi yaradın: Demək istədiyim hər üzv davamlı eyni yerində qalmaq istəməyə şirkət üçün bir şey etmək istəyən üzvlərinizə şans tanıyın hər şeyi siz bilmirsiniz ya da bildiyiniz bir mövzuda sizdən daha yaxşı olan üzvləriniz ola bilər onların fikirlərini alın və rəhbərlik qrupunda onlar üçün yer ayırın lazım olduğunda özünü göstərən və əmək verən üzvlərinizin rütbəsini yükseltin yeni konvoy şefi ya da oyunçu alım məsuliyyətini verin və s. Rol etmə baxımından baxacaq olsaq, yeni şofer, usta şofer və s. alınan yola edilən çatdırılma və sürüşünə görə üzvlərinizi bu rütbəyə qaldırabilərsiniz.
  • Konvoyları həmişə eyni oyunçu götürməsin: Lazım olduğunda digər üzvlərinizə bu mövzuda şans verin, təbii ki bu vəziyyəti şirin dillə hər iki tərəfində könlünü alaraq həll edin. (Sən çıx, sən keç olmaz!) Mövcud Konvoy şefinizden qurucu olsanız belə icazə alın və bu fikri ona söyləyin, bu gün edəcəyimiz konvoyu bu yoldaşımız etsin sən nə düşünürsən kimi .. Rahat olun dünyanın sonu deyil bir səhv edər iki səhv edər üçüncüdə öyrənər.

 

NOT: Bunlar Qayda deyil, sadəcə məlumatlandırmaq üçündür!

 

Bəli qısa qısa-da olsa şirkət rəhbərliyi haqqında qısada olsa məlumat və reklam mövzusunun necə olacağını göstərdik, zamanla mövzu yenilənəbilər, izləmədə qalın. Əgər bu məlumatları və reklam şəklini göz önünə alaraq şirkətinizi idarə etmək ya da yeni şirkət qurmaq istəyirsinizsə olduqca faydalı olacaq.

  • Upvote 1
Link to comment
Share on other sites

  • Burner pinned this topic
×
×
  • Create New...

Important Information

We have placed cookies on your device to help make this website better. You can adjust your cookie settings, otherwise we'll assume you're okay to continue.